"Putin Paşinyanla ayrıca görüşməyi planlaşdırır" - Peskov

   "Putin Paşinyanla ayrıca görüşməyi planlaşdırır" -    Peskov
  21 Noyabr 2022    Oxunub:579
Rusiya prezidenti Vladimir Putin İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca görüş keçirməyi planlaşdırır. AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bəli, bu görüş əlbəttə ki, planlaşdırılır”, - Kreml nümayəndəsi Rusiya və Ermənistan liderlərinin İrəvanda ayrıca görüşünün nəzərdə tutulub-tutulmaması ilə bağlı suala cavab verib.

Qeyd edək ki, Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də keçiriləcək sammitində iştirak etmək üçün Ermənistanın paytaxtına səfər edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: KTMT  





Xəbər lenti