SEPAH İranın şimal-qərbinə əlavə hərbi qüvvələr yerləşdirir

   SEPAH İranın şimal-qərbinə əlavə hərbi qüvvələr yerləşdirir
  21 Noyabr 2022    Oxunub:702
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin şimal-qərb sərhədlərinin gücləndirildiyini açıqlayıb. AzVision.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
İddia olunur ki, belə tədbirlərin görülməsinə səbəb terrorçu qrupların hərəkətinin qarşısını almaqdır. "SEPAH rəhbərliyi separatçı-terrorçu qrupların aktivliyindən sonra qurum quru qüvvələrinin "Həmzeh Seyid əş-Şohada" bazasını gücləndirmək qərarına gəlib. Qeyd olunur ki, hərbçilər yerli sakinlərin dəstəyi ilə bu ərazilər üçün əlavə təhlükəsizlik mexanizmlərini təmin etmək niyyətindədirlər", - nəşr yazıb.

Qeyd edək ki, son iki ayda İranda iki terror aktı baş verib. Bəzi xarici Kİv isə terror aktlarının ölkədə davam edən etiraz aksiyalarını səngitmək üçün süni şəkildə hazırlandığını yazırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  



Xəbər lenti