İtkin düşən erməni hərbçilərin yaxınları İrəvanda aksiya keçirirlər

"Deyirlər ki, iş gedir, amma bizə heç bir dəqiq məlumatlar vermirlər. Qızıl Xaç hələ ki, nəsə edə bilmir. Onlar Avropa Məhkəməsinin Ermənistan nümayəndəliyinə üz tutublar. Buradan da xəbər yoxdur. Həmçinin qurumlarla birgə idarələrarası komissiya yaradılıb. Səlahiyyətlilər dekabrın 16-dan işə başlayacaq”, - əsgər yaxınlarından biri deyib.
Aksiya iştirakçıları Azadlıq meydanından Respublika meydanına gedərək orada Azərbaycandan məhbusların qaytarılmasını tələb edən rus və ingilis dillərində plakatlar quraşdırıblar.
Tural Tağıyev
AzVision.az
Teqlər: İrəvan