Türkiyə şəhərlərin atəşə tutulmasına cavab verdi

Türkiyə şəhərlərin atəşə tutulmasına cavab verdi
  21 Noyabr 2022    Oxunub:1016
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları bazar ertəsi Suriyada Kürdüstan Fəhlə Partiyası və “Xalq Özünümüdafiə Qüvvələri”nin kürd birləşmələrinin mövqelərinə hücumları bərpa edib.
Kilisdə Öncüpınar və Karkamış şəhərlərinin atəşə tutulmasına cavab olaraq Kobani bölgəsinə hava zərbələri endirilir.

Öncüpınar sərhəd keçidi bazar günü atəşə tutulub, nəticədə üç türk təhlükəsizlik işçisi yaralanıb. Bazar ertəsi Karkamış şəhərində azı beş raket partlayıb, mərmilər orta məktəb və yaşayış binalarına düşüb. Biri uşaq olmaqla üç nəfər həyatını itirib.

AzVision.az



Teqlər:





Xəbər lenti