İranlı aktrisalar baş örtüklərini çıxartdıqları üçün həbs edildi

Maraqlı məqamlardan biri də Qazianinin həbsdən bir müddət əvvəl sosial şəbəkələrdə hicabını çıxartdığı videonu yayımlayaraq "Bəlkə də bu mənim son paylaşımımdır" yazması olub.
Xatırladaq ki, bundan əvvəl iranlı aktrisa Təranə Əlidosti də ölkədəki etirazçılara dəstək olmaq üçün hicabsız fotosunu yayıb.
Qeyd edək ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi səbəbindən etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 20 yaşlı Hədis Nəcəf, 23 yaşlı Hananeh Kia, 33 yaşlı Qəzəli Çələvi də öldürülüb.
AzVision.az
Teqlər: