İndoneziyada zəlzələdə ölənlərin sayı 162 nəfərə çatıb

İndoneziyada zəlzələdə ölənlərin sayı 162 nəfərə çatıb
  21 Noyabr 2022    Oxunub:526
İndoneziyanın Yava adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın “Kompas” qəzeti Qərbi Yava əyalətinin hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb. Məlumata görə, ölənlərin əksəriyyəti uşaqlardır.

Son məlumatlara görə, xəsarət alanların sayı 700 nəfəri ötüb, onların əksəriyyətinin vəziyyəti ağırdır.

AzVision.az



Teqlər:





Xəbər lenti