"Alçaqlıqlarını bir daha dünyaya göstərdilər"

// Hulusi Akar: "Pəncə Qılınc əməliyyatında 184 terrorçu zərərsizləşdirilib"

 "Alçaqlıqlarını bir daha dünyaya göstərdilər"
  22 Noyabr 2022    Oxunub:678
"Pəncə Qılınc" əməliyyatının əvvəlindən 184 terrorçu yerdən atəşə dəstək vasitələri və təyyarələrlə zərərsizləşdirilib"
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Akar İraqın şimalında Qəndil, Asos, Hakurk, Suriyanın şimalında isə Arap bulağı, Manbiç, Zor mağarası, Tel Rıfat, Cizirə və Derik bölgələrindəki hədəflərin vurulduğunu bildirib. Əməliyyatın ilk mərhələsində terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarlarının da olduğu 89 hədəfin məhv edildiyini vurğulayıb.

Karkamışın Öncüpınar bölgəsində terrorçuların mülki şəxsləri, uşaqları və məktəbləri hədəf aldığını qeyd edən nazir “Terrorçular alçaqlıqlarını bir daha bütün dünyaya göstərdilər. Bunun üzərinə Quru Qoşunları Komandanlığımızın atəş dəstək maşınları və Hərbi Hava Qüvvələri komandanlığının təyyarələri ilə bütün məlum hədəflər vuruldu və vurulmaqda davam edir” deyə əlavə edib.

Nazir ordunun fəaliyyətlərinin ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın terrorun mənbəyində məhv edilməsi göstərişi çərçivəsində həyata keçirildiyini qeyd edib. Hulusi Akar Türkiyə hərbçilərinin qarşısına çıxa bilməyən terrorçuların qorxaqcasına cəhdlər etdiyini vurğulayıb: “Çaxnaşma və qorxu içindədirlər. Terror təşkilatının (PKK/YPG - red.) çöküşünün davamlı olması üçün lazım olanı etməyə davam edirik”.

"Biz deyirik ki, indi haqq-hesab vaxtıdır. Onların əvvəllər etdikləri ilə yanaşı, keçən həftə Beyoğluda və bu gün də (dünən-red) sərhəd xəttində Öncüpınar və Karkamışda törətdikləri bütün çirkin əməllərin hesabını soracağıq. Bunların hesabını verəcəklər. Şəhidlərimizin və mülki vətəndaşlarımızın qanının hesabını sormağa davam edəcəyik.

"Pəncə Qılınc" əməliyyatının başlanğıcından bu günə qədər 184 terrorçu qurudan və təyyarələrlə zərərsizləşdirilib. Bu sayın daha da artacağını düşünürük. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək”, - Akar PKK/YPG təşkilatının böyük bir iflasa uğradığını vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti