Xarici diplomat hava limanında intihar etdi

   Xarici diplomat hava limanında intihar etdi
  22 Noyabr 2022    Oxunub:848
Diplomatik pasporta sahib olan liberiyalı Aberkah Samuel Kkvame İstanbul Hava Limanında intihar edib.
Türkiyə mətbuatı xəbər verir ki, o, həyat yoldaşı və uşaqları ilə birlikdə ölkələrinə qayıtmaq üçün günorta saatlarında İstanbul Hava Limanına gəlib.

Samuel Kkvame taksidən düşdükdən sonra bir neçə addım ataraq 2 nömrəli qapının yerləşdiyi ərazidə 20 metr hündürlükdən özünü ataraq həyat yoldaşı və uşaqlarının gözü qarşısında intihar edib.

İlkin tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı polis araşdırma başladıb.




Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti