Fransada Türk məscidinə hücum oldu

Fransada Türk məscidinə hücum oldu
  22 Noyabr 2022    Oxunub:525
Fransanın Şimalındakı Orne bölgəsinnin Flert kəndində yerləşən Fransız-Türk məscidinə irqçi hücum olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumdan bir gün öncə məscidin divarlarına İslam əleyhinə, nasist yönlü yazılar yazılıb. Orne qubernatorluğu hücumu pisləyərək bəyanat verib. Həmçinin müsəlmanlara qarşı hərəkətlərin qarşısının alınması üçün dövlət strukturlarının ayıq-sayıq olacağını bildirib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Fransanın daxili işlər naziri Gerald Darman sosial mediadakı mesajında hücum hadisəsini qınayıb.

Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti