Buça qətliamında "Rembo sindromu" - Rus əsgərin etirafları

   Buça qətliamında   "Rembo sindromu" - Rus əsgərin etirafları
  22 Noyabr 2022    Oxunub:839
Rusiyanın Ukraynaya hücumunda iştirak edən, daha sonra ordudan qaçan rus əsgər müharibədə yaşanan hərbi cinayətlərdən danışıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyadan siyasi sığınacaq almaq üçün müraciət etmiş 27 yaşlı Nikita Çibrin Buça şəhərində qırğınlar və cinsi təcavüzdə günahlandırılan komandir Azatbek Omurbekovun yanında xidmət edib. Omurbekov qəsəbədə törətdiyi cinayətlərə görə “Buça qəssabı” ləqəbini alıb. Çibrin Omurbekovun əmri altındakı rus qüvvələrini “dəli" adlandırıb.

“Gücümüz var, tankımız var, piyada döyüş maşınımız var, silahımız var",-rus qoşunları belə deyirdilər. Beləliklə, onlar arasında "Rembo sindromu" başladı”.

O, rus əsgərlərin Ukraynanın Andrivka qəsəbəsində ana və qızına təcavüzü barədə də danışıb.

“Əsgərlər evlərdən oğurluq edirdilər. Dəyərli ev əşyalarını və telefonları götürüdülər.
Onlar Ukraynadakı evlərdə spirtli içkilər tapıb içirdilər. Buna görə də dəli olurdular”.

Çibrin Rusiya ordusundan fərqli olaraq Ukrayna ordusunda daha humanist şəraitin olduğunu deyib.

Çibrin qida maşını ilə Rusiyaya qaçdığını iddia edib. “Cəbhədə dəli kimi davranırdım ki, məni işdən çıxartsınlar. Onlar üçün mən xain idim. Nə etməliydim? Müharibəyə gedib Ukraynadakı dinc əhalini qırmalıydım? Sonda sadəcə 3-cü seçim qalırdı- qaçmaq!".

Nikita Çibrin noyabrın 15-də Madridə gedib və sığınacaq üçün müraciət edib.

Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti