AEBA İranın Fordodakı nüvə obyektinə nəzarəti gücləndirir

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi bu gün bildirib ki, İran Fordo yanacaq zənginləşdirmə zavodunda mövcud iki IR-6 sentrifuqa kaskadından istifadə etməklə yüksək zənginləşdirilmiş uranın - 60%-ə qədər zənginləşdirilmiş UF6 (uran heksaflorid) istehsalına başlayıb” - məlumatda deyilir.
Qeyd edək ki, AEBA Rəhbərlər Şurası İranı öz obyektlərində əvvəllər aşkar edilmiş nüvə materialının mənşəyini təcili izah etməyə, sənədləri və bu obyektlərə girişi təmin etməyə çağırıb.
AzVision.az
Teqlər: