Arayik Babayanı və 7 "nazir"i vəzifədən uzaqlaşdırdı

Norayr Musaelyan isə kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Qondarma kənd təsərrüfatı nazirinin səlahiyyətləri müvəqqəti olaraq nazirin birinci müavini Tiqran Arstamyana həvalə edilib.
Bundan başqa Anahit Akopyan təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsindən uzaqlaşdırılıb. Təhsil, elm, mədəniyyət və idman nazirinin səlahiyyətləri müvəqqəti olaraq nazir müavini Hasmik Minasyana tapşırılıb.
Armine Petrosyan sosial inkişaf və miqrasiya naziri vəzifəsindən azad edilib. Nazirin səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Vahram Arakelyana həvalə edilib.
Ərazi idarəetmə və infrastruktur naziri olan Hayk Xanumyan da işdən uzaqlaşdırılıb. Ərazi idarəetmə və infrastruktur nazirinin səlahiyyətləri müvəqqəti olaraq nazirin birinci müavini Vardan Beqlaryana həvalə edilib.
Həmçinin, Jirayr Mirzoyan ədliyyə naziri vəzifəsindən azad edilib və o ədliyyə nazirinin səlahiyyətlərini icra edən təyin edilib.
Oxşar təyinat David Babayana da şamil edilib. O, xarici işlər naziri vəzifəsindən azad olunaraq sözügedən qurumun rəhbərinin səlahiyyətlərini icra edən təyin edilib.
Bundan başqa Aram Sarkisyan şəhərsalma naziri vəzifəsindən azad edilib, Vahram Bağdasaryan maliyyə və iqtisadiyyat naziri vəzifəsindən uzaqlaşdırılıb. Onlar da əvvəlki qurumlarının rəhbərlərinin səlahiyyətlərini icra edən şəxs olublar.
Tural Tağıyev
AzVision.az
Teqlər: Xankəndi