ÜST “Meymun çiçəyi”nin adını dəyişir

   ÜST “Meymun çiçəyi”nin adını dəyişir
  23 Noyabr 2022    Oxunub:626
Ümumdünya Səhiyyə Təşkilatı “Meymun çiçəyi” virusunun adını “MPOX” olaraq dəyişdirməyi planlaşdırır.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST-ün qərarı bu gün açıqlanacaq.

ÜST adətən beynəlxalq səhiyyə ilə bağlı vəziyyəti elan etmək, eyni zamanda ayrı-ayrı ölkələrdə yaranan xəstəliklərə ad qoymaq kimi məsələlərdə koordinator kimi çıxış edir.

Lakin Bayden administrasiyası virusun adının dəyişdirilməsinin ağ olmayan insanlar arasında problemə səbəb olacağını irəli sürüblər.

Amma ictimai səhiyyə mütəxəssisləri də virusun "meymun çiçəyi" adlandırılmasının Afrika haqqında irqçi stereotipləri canlandırdığı və qlobal reaksiyanı sarsıtdığını iddia ediblər.

Sima Cəfərova
AzVision.az



Teqlər:





Xəbər lenti