Ərdoğan: "Terrorçuların təpəsinə qurudan da zərbə vuracağıq"
Türkiyənin təhlükəsizliyini pozmağa çalışan terror hədəflərinə qarşı aviasiya, silahlı pilotsuz uçuş aparatları, eləcə də toplardan zərbələr endirildiyini xatırladan Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, bizim üçün ən uyğun olan vaxtda terrorçuların təpəsinə qurudan da zərbə vuracağıq.
Xatırladaq ki, YPG/PKK terror təşkilatı üzvləri tərəfindən noyabrın 21-də Türkiyə ərazisinə atılan 5 raket nəticəsində 3 nəfərin həyatına son qoyulub, 8 nəfər yaralanıb. Ölənlərdən biri müəllim, ikisi şagird olub. Terrorçuların məktəb binasını hədəf alması insan tələfatını artırmaq məqsədi daşıyıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


