Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıdı

   Avropa Parlamenti Rusiyanı  terrorizmin sponsoru kimi tanıdı
  23 Noyabr 2022    Oxunub:764
Avropa Parlamenti (AP) Rusiyanı terrorizmin sponsor dövlət kimi tanıyan qətnamə qəbul edib və onu müvafiq siyahıya daxil edib. Qətnamə AP üzvlərinin səsverməsi zamanı qəbul edilib. Bu barədə Reuters xəbər verir.
Noyabrın 18-də AP sözçüsü Delfin Kolard Rusiyanı “terrorçu dövlət” kimi tanıyan qətnamənin mətninin hazır olduğunu açıqlamışdı.

“Çərşənbə günü AP deputatları Ukraynada mülki obyektlərə genişmiqyaslı hücumların intensivləşməsi nəticəsində Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi xarakterizə edən qətnaməni müzakirə edib səsverməyə çıxaracaq”, deyə o bildirmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti