ABŞ-ın İrəvandakı səfirliyi vətəndaşlara təhlükə ilə bağlı xəbərdarlıq etdi

   ABŞ-ın İrəvandakı səfirliyi vətəndaşlara təhlükə ilə bağlı xəbərdarlıq etdi
  23 Noyabr 2022    Oxunub:748
ABŞ-ın Ermənistandakı səfirliyi bəyanat yayıb.
AzVision.az xəbər verir ki, səfirlik öz vətəndaşlarını noyabrın 23-də Rusiya prezidenti Vladimir Putinin İrəvana gəlişinə qarşı etiraz aksiyalarının keçiriləcəyi yerlərdən uzaq durmağa çağırıb.

Qeyd edək ki, bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirilir. Bir sıra siyasi qruplar sammitdə iştirak üçün İrəvana gələn Vladimir Putinin əleyhinə aksiyalar təşkil edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   İrəvan  



Xəbər lenti