“Quş”un yerini “arı” tutacaq?

// “Twitter”in komandası yeni layihədə toplaşır

   “Quş”un yerini “arı” tutacaq?
  23 Noyabr 2022    Oxunub:1888
“Twitter”i 44 milyard dollara alaraq, “Quş azaddır” yazandan sonra İlon Mask onun rəhbərlərinin və əməkdaşlarının çoxunu işdən çıxarmışdı. Başda “Twitter”in keçmiş idarəçisi Paraq Aqraual olmaqla, minlərlə insan şirkətdən uzaqlaşdırıldı. Qalanlar üçün isə iş şəraiti xeyli ağırlaşdırıldı: Mask məsafədən işləməyi qadağan etdi, nahar fasiləsi ləğv olundu, istirahət günlərinin sayı azaldıldı. Etiraz edənlərə isə qapını göstərdilər.
Beləliklə, “Twitter”in praktik olaraq bütün kollektivi illərlə çalışdığı şirkətdən uzaqlaşdırılmış oldu. Amma onların bir qismi boş dayanmayaraq, yeni sosial şəbəkənin komandasına daxil olublar. Bu, “Hive Social” adlanan layihədir.

Mask “Twitter”i alandan sonra ondan uzaqlaşan istifadəçilər də məhz “Hive”ə üz tutublar. Son günlərdə “Hive” istifadəçilərininin artım sürətinə görə hətta “TikTok”u da üstələyib.

İndiyə qədər heç kimin tanımadığı sosial şəbəkəni 24 yaşındaki qurucusu Raluca Pop iki əməkdaş ilə birlikdə idarə edirdi. Onun “Insider”ə verdiyi məlumata görə, layihənin tezliklə “Twitter”ə rəqib olacağını iddia etmirlər, çünki bəzi problemləri var. Amma sürətlə böyüməyə doğru hərəkət edirlər.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Sosial-şəbəkə   İlon-Mask  





Xəbər lenti