Çində COVID-19: Sutkalıq yoluxma 30 mini ötdü
Yoluxmaların əsas ocaqları paytaxt Pekin, ölkənin xarici ticarət qapısı və əsas istehsal mərkəzlərindən hesab olunan Quancou şəhəridir. Bundan əlavə, Çinin əhali sayına görə ən iri bələdiyyəsi olan Çonçin (31 milyon sakini var), habelə Cencou şəhəri və Daxili Monqolustan muxtar bölgəsidir. Bəzi şəhərlərdə tam və ya məhəllələr üzrə qapanmalar tətbiq olunur. Belə ki, 19 milyon əhalisi olan Quancounun 8 rayonunda, Çonçinin 11 rayonunda qapanma elan edilib. Yaşayış məntəqələrindəki riskli zonaların sakinləri üçün “evdə qal” rejimi tətbiq olunur.
Quancou şəhərində yoluxanların sayının çoxalması səbəbindən 250 min yerlik modul xəstəxanaların inşasına qərar verilib. Şanxay, Şencen, Çendu kimi yoluxma aşkarlanan digər yaşayış məntəqələrində də kütləvi test prosesi icra olunur. Epidemik vəziyyətin ağırlaşması səbəbindən şəhərlərarası səyahətlər məhdudlaşdırılıb.
AzVision.az
Teqlər: