80 yaşlı qadını evində öldürən Fransa polisi - Beynəlxalq qurum petisiya başlatdı

  80 yaşlı qadını evində öldürən Fransa polisi  - Beynəlxalq qurum petisiya başlatdı
  24 Noyabr 2022    Oxunub:1520
Fransa bir sıra Qərb ölkələri kimi dünyada demokratiyadan, insan haqlarından dəm vursa da, əslində özü sözügedən dəyərlərdən uzaqdır. "Amnesty International Eastern Europe & Central Asia" təşkilatının başlatdığı kampaniya bunu sübut edir.
Təşkilatın saytındakı və Facebook səhifəsindəki paylaşımda yaşlı bir əlcəzairli qadın haqqında söz açılır. Əlcəzairdən Fransaya köçən 80 yaşlı Zineb Reduan adlı həmin qadın 2018-ci ildə Marseldə hüquq-mühafizə orqanları əməkdaşlarının vəhşi davranışı nəticəsində öldürülüb. Polis əməkdaşı qadını gözyaşardıcı qaz qumbarası ilə vurub. Ən dəhşətlisi odur ki, hansısa aksiyaya qatılmayıbmış. Sadəcə, evinin qarşısında etiraz aksiyası keçirilən zaman əlcəzairli qadın polis məsuliyyətsizliyinin qurbanına çevrilib.
Azərbaycan Əlcəzair soyqırımını tanıya bilərmi? Ekspertlər "bəli!" deyir - Rəylər

Dekabrın 1-i axşam saatlarında 4-cü mərtəbədəki mənzilində şam yeməyi hazırlayaraq qızı ilə telefonla danışırmış. Onun pəncərəsinin yaxınlığında insanlar bir müddət əvvəl iki yaşayış binasının uçması və səkkiz nəfərin ölümü ilə nəticələnən hadisəyə, həmçinin, Marseldə aşağı səviyyədə olan həyat şəraitinə etiraz edirlərmiş. Evinə gözyaşardıcı qazın dolduğunu hiss edən Zineb açıq pəncərəni bağlamaq istəyib. Polislər onu görüblər və sonra ən dəhşətli hadisə baş verib. Polislərdən biri MP7 gözyaşardıcı qaz qumbarasından düz ona tərəf atəş açıb. Nəticədə Zineb dünyasını dəyişib.

Hadisədən təxminən dörd il keçsə də, onun ölümü ilə bağlı istintaq hələ də davam edir. Qətllə bağlı heç kim ittiham olunmayıb və ya işdən uzaqlaşdırılmayıb. Zinebin qohumları ədalətin bərpasını tələb edirlər.

"Qadının yaxınlarına onların mübarizəsində dəstək olun. Zineb Reduanın qətlində əli olanların hamısının, atəş açan polis işçisinin, əmr verənlərin məsuliyyətə cəlb edilməsi üçün petisiyaya qoşulun", - "Amnesty International Eastern Europe & Central Asia"nın bəyanatında deyilir.

AzVision.az oxucularını bu petisiyaya qoşulmağa dəvət edir.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Polis  





Xəbər lenti