Laçından çıxarılmış ermənilər Paşinyanın əleyhinə aksiya keçiriblər

Etirazın səbəbi mənzil problemləridir. Etirazçıların fikrincə, dövlətin ayırdığı vəsait mənzil almağa kifayət etmir. Çünki daşınmaz əmlakın qiymətləri xeyli artıb.
Ermənilər hakimiyyət orqanlarını mənzillərin alınması üçün onlara ayrılan vəsaitin həcminə yenidən baxmağa çağırıblar.
"Hətta kənd yerlərində belə sənəddə göstərilən məbləğə (8-14 milyon dram – red.) ev almaq mümkün deyil”, - aksiya iştirakçılarından biri jurnalistlərə deyib.
Qeyd edək ki, İrəvan Laçından çıxarılan hər erməni ailəsi üçün 25 min dollar ayırıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: