12 yaşlı qız dostundan uşaq doğdu

  12 yaşlı qız  dostundan uşaq doğdu
  24 Noyabr 2022    Oxunub:903
Gürcüstanda 12 yaşlı qız uşaq doğub. AzVision.az xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.
Fövəqladə hallar qrupu mümkün fəsadların qarşısını almaq üçün qızı Rustavidən Tbilisiyə çatdırıblar.

Qeyd edilir ki, doğuş Tbilisidəki Birinci Universitet klinikasında baş verib və ana ilə yanaşı yeni doğulan körpə də özünü yaxşı hiss edir. O, övladını təbii üsulla deyil, qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib. Ana və uşağın vəziyyəti qənaətbəxşdir. Körpənin atası da azyaşlıdır.

Məlum olub ki, yeddinci sinif şagirdi artıq polisdə dindirilən öz dostundan hamilə qalıbmış.
Tural Tağıyev
AzVision.az



Teqlər: Tbilisi  





Xəbər lenti