BMT-dən İrandakı etirazlarda öldürülənlərlə bağlı dəhşətli statistika

   BMT-dən İrandakı etirazlarda öldürülənlərlə bağlı    dəhşətli statistika
  24 Noyabr 2022    Oxunub:543
İranda baş verən etirazlar zamanı 40-ı uşaq olmaqla 300 nəfər həlak olub. Uşaqlar da olmaqla təxminən 14 min nəfər həbs olunub. Bu, qəbuledilməzdir.
Bu barədə BMT-nin İnsan haqları üzrə Ali komissarı Volker Turk təşkilatın İnsan Haqları Şurasının İranda insan haqlarının vəziyyətinə dair keçirilən xüsusi sessiyasında bildirib. Onun sözlərinə görə, insan haqları pozuntuları ilə bağlı cəzasızlığın davam etməsi İranda əsas problemlərdən biridir:

"Bunun nəticəsində narazılıq və etimadsızlıq artır. İran rəsmilərini dinc etiraz aksiyaları zamanı həbs edilənləri azad etməyə və ölüm hökmünə moratorium tətbiq etməyə çağırıram".


AzVision.az



Teqlər:





Xəbər lenti