"Bakıda sülh sazişi müzakirə olunur" - Zaxarova

“Moskva Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarının, o cümlədən "gücdən və ya hədə-qorxudan istifadə etməmək"lə bağlı Soçi sammitində əldə olunan razılaşmanın mütləq şəkildə yerinə yetirilməsinin tərəfdarıdır” - Zaxarova qeyd edib.
O, əlavə edib ki, Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev "sülh sazişi məsələsini müzakirə etmək üçün Bakıdadır".
Xovayev noyabrın 14-ü İrəvanda Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb.
Prezident İlham Əliyev bu gün İqor Xovayevi qəbul edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: