Aİ Rusiya qazını müştərək alışdan çıxarır

Aİ Rusiya qazını müştərək alışdan çıxarır
  24 Noyabr 2022    Oxunub:809
Aİ ölkələrinin energetika nazirləri Rusiya qazının birgə alqı-satqı müqavilələrindən çıxarılmasına razılıq veriblər.
AzVision.az xəbər verir ki, Brüsseldə keçirilən qeyri-rəsmi görüş əsasında yayılan Avropa Komissiyasının bəyanat qəbul ediblər.

Bəyanətə əsasən, 2023-cü ildə Rusiya qazının üzv ölkələrin anbarlarının həcminin ən azı 15%-i və ya 13,5 milyard kubmetr təşkil etməli olan birgə satınalma müqavilələrindən çıxarmaq barədə razılığa gəliblər.

Sənəddə deyilir: “Yeni qaydalar Aİ-yə üzv dövlətlər və onların enerji şirkətləri üçün qlobal bazarlarda birgə qaz almağa imkan yaradacaq”.

Həmçinin qeyd edilir ki, dövlətlər gələn il qaz anbarlarını doldurmaq üçün lazım olan bütün qazın 15%-ni bu mexanizm vasitəsilə almağa borcludurlar. Rusiya qazının müştərək satınalmalardan kənarda qalması xüsusilə vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti