Bu il Britaniyaya rekord səviyyədə miqrant daxil olub

Bu il Britaniyaya rekord səviyyədə miqrant daxil olub
  25 Noyabr 2022    Oxunub:624
2021-ci ilin iyunundan 2022-ci ilin iyununa qədər ölkəsini tərk edən 504 mindən çox insan Böyük Britaniyaya gəlib.
Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, ölkəyə gələn immiqrantların sayının rekord həddə çatdığı 2021-ci ilin iyun-2022-ci ilin iyun ayları arasında Böyük Britaniyaya gələnlərin ümumi sayı 1,1 milyon nəfər olub. Rəsmi məlumatlar göstərir ki, sığınacaq üçün müraciətlər son 32 ilin ən yüksək həddinə qalxıb.

Digər tərəfdən, eyni dövrdə 45 min Britaniya vətəndaşı ölkəni tərk edib. Lakin Britaniya hökuməti ölkəyə daxil olan və ölkədən çıxanların sayı arasındakı fərqi azaltmağa söz verib.

AzVision.az


Teqlər:





Xəbər lenti