Qərb şirkətləri silah istehsalını artırır - Statistika

Ukrayna üçün 200 milyon dollarlıq silah sifarişi alan "L3Harris Technologies" isə yeni rabitə vasitələri yaratmaq üçün köhnə radioqəbuledicilərdən çipləri çıxarır.
"Lockheed Martin" də "Raytheon" ilə birlikdə ərsəyə gətirdiyi Javelin tank əleyhinə raketlərinin istehsalını iki dəfə, Himars raket qurğularının və GMLRS raketlərinin istehsalını isə 60% artırır.
Rusiya ilə gərginliyin artması fonunda "Saab" da istehsal gücünü artırıb. Şirkət dünya üzrə 500 əlavə işçi qəbul etməklə yanaşı, səmərəliliyi artırmaq üçün yeni istehsal texnologiyalarına sərmayə qoyur.
Alman şirkəti "Rheinmetall" tank sursatlarının illik istehsalını iki dəfə artırıb. İstehsal təqribən 70 000 ədəddən 140 000 ədədə çatdırılıb. Şirkət keçən il 70 000 artilleriya mərmisi istehsal edirdisə, bu il 110 000 mərmi istehsal edib. Bundan əlavə, alman istehsalçısı orta kalibrli patronların istehsalını ildə 1,2 milyondan 2,2 milyona çatdırıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Silah