Stoltenberq: "Ukraynaya hərbi dəstək sülh şansını artırır"

      Stoltenberq:    "Ukraynaya hərbi dəstək sülh şansını artırır"
  25 Noyabr 2022    Oxunub:826
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna ordusuna hərbi yardımın göstərilməsi sülh şanslarını artırır.
O, bunu noyabrın 29-30-da Buxarestdə keçiriləcək alyansa daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl mətbuat konfransında deyib. Stoltenberq qeyd edib ki, Ukraynaya dəstək NATO-nun marağındadır:

"Ukraynanın özünümüdafiə hüququ var və biz onun hüququnun həyata keçirilməsini təmin edirik. Əksər müharibələr danışıqlarla yekunlaşır, lakin danışıqlar masasında baş verənlər meydanda baş verənlərdən asılıdır. Ona görə də sülh yolu ilə nizamlanma şansını artırmağın ən yaxşı yolu Ukraynaya dəstək verməkdir".

AzVision.az


Teqlər:





Xəbər lenti