Avropanın qaz böhranı: Anbarların 65 faizi dolub

Mülayim payız havası və Avropanın qaz çənlərinin sürətlə doldurulması bu qış regionun enerji təhlükəsizliyini müəyyən dərəcədə təmin edib. Lakin gələn yay və növbəti qış üçün kifayət qədər ehtiyatın olub-olmayacağı ilə bağlı narahatlıqlar artmağa başlayıb.
Enerji sektorunun rəhbərləri və analitiklərinin son xəbərdarlıqlarına əsasən, region tələbi cilovlaya və yeni qaz tədarüklərini təmin edə bilməsə, Avropanın enerji böhranı illər boyu davam edəcək.
Avropanın qaz bazarı üzrə analitiki Paula Di Mattianın son təhlilinə görə, yeddi mümkün ssenaridən beşində qaz anbarlarının yalnız 65 faizi dolaraq 2023-24-cü ilin Avropa qışına daxil olacaq. Bu, 2016-cı ildən bəri ən aşağı səviyyədir.
Mütəxəssislərin bu xəbərdarlıqları Avropa üçün narahatlıq doğuran reallığı ortaya qoyur.
Hökumətlər bu qış artıq qaz çənlərini doldurmaq və ev təsərrüfatlarını dəstəkləmək üçün yüz milyardlarla avro xərcləsələr də, çətinliklər gələn il də davam edəcək.
Aytən Zəhra
AzVision.az
Teqlər: