"Ukrayna xalqı neonasist hakimiyyətdən azad ediləcək" - Lavrov

   "Ukrayna xalqı neonasist hakimiyyətdən azad ediləcək" -    Lavrov
  26 Noyabr 2022    Oxunub:592
Ukrayna xalqı neonasist hakimiyyətdən azad ediləcək.
AzVision.az xəbər verir ki,bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalının efirində yayımlanan sənədli filmdə deyib. O bildirib ki, ukraynalılar slavyan qardaşları ilə dostluq və mehriban qonşuluq şəraitində yaşamağa layiqdirlər.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukrayna ərazisində müharibəyə başlayıb. Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib. Eyni zamanda Kiyevə dəstək məqsədilə bir sıra ölkələr milyardlarla dollar məbləğində silah və hərbi texnika göndəriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti