Zelenski “taxıl dəhlizi”ni Ukraynanın digər limanları hesabına genişləndirməyə çağırıb

 Zelenski  “taxıl dəhlizi”ni Ukraynanın digər limanları hesabına genişləndirməyə çağırıb
  26 Noyabr 2022    Oxunub:355
"Ukrayna taxıl təşəbbüsünü qeyri-müəyyən müddətə uzatmaq istəyir. Bunun üçün “taxıl dəhlizi”ni ölkənin digər limanlarına qədər genişləndirmək lazımdır".
AzVision.az Ukraina mediasına istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ərzaq təhlükəsizliyi üzrə beynəlxalq sammitdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, taxıl təşəbbüsü tam gücü ilə işləmir və Rusiya tərəfinin günahı ucbatından Bosforda 80-dən çox gəmi qalıb.

“Biz limanların sayının artırılmasının və bu mühüm təşəbbüsün qeyri-müəyyən müddətə davam etdirilməsinin, Rusiyanın bir daha buna mane olmamasının tərəfdarıyıq”, - Zelenski bildirib.

O qeyd edib ki, humanitar böhrandan çıxmaq, xüsusilə aclıqla üzləşən ölkələrin ehtiyaclarını ödəmək üçün Ukrayna taxıl təşəbbüsünü irəli sürüb və bu təşəbbüs çərçivəsində ərzaq məhsulları Afrika və Asiya ölkələrinə çatdırılacaq.

Zelenski vurğulayıb ki, Ukrayna 2023-cü ilin yazına qədər Efiopiya, Sudan, Somali, Yəmən, Konqo, Keniya və Nigeriyaya azı 60 taxıl gəmisi göndərməyi planlaşdırır.

AzVision.az

Teqlər: Zeıenski   Taxıl  







Xəbər lenti