Ərdoğan: "2023-cü ilin sonunadək “Bayraktar Kızılelma"nın istehsalına başlayacağıq"

  Ərdoğan:  "2023-cü ilin sonunadək “Bayraktar Kızılelma"nın istehsalına başlayacağıq"
  26 Noyabr 2022    Oxunub:366
2023-cü ilin sonuna kimi Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelma"nın istehsalına başlanılacaq.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada AKP-nin toplantısında deyib.

Qeyd edək ki, milli və orijinal olaraq “Baykar” tərəfindən hazırlanan Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın ilk mühərrik inteqrasiya sınağı bu ilin sentyabrda tamamlanıb.

“Bayraktar Kızılelma”nın ilk uçuşunun gələn həyata keçirilməsi planlaşdırılır.

AzVision.az

Teqlər: Erdoğan   Bayraktar  







Xəbər lenti