ABŞ Tayvanı silahla təmin edə bilmir

   ABŞ Tayvanı silahla təmin edə bilmir
  28 Noyabr 2022    Oxunub:634
Amerika hakimiyyəti hərbi dəstəyin böyük hissəsinin Ukraynaya yönəldilməsi səbəbindən Tayvanı adekvat şəkildə silahla təmin edə bilməyəcəklərindən ehtiyatlanır.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb. Belə ki, rəsmi Vaşinqton Tayvana silah tədarükündə 18,7 milyard dollar geri qalır. Xüsusən də Vaşinqton Taypey üçün nəzərdə tutulan 215 ədəd “Stinger” zenit-raket kompleksindən, eləcə də 208 ədəd “Javelin” tank əleyhinə sistemlərdən heç birini adaya göndərməyib.

Qəzetin qeyd edib ki, Vaşinqton cari il ərzində təxminən 5 milyard dollara yaxın silah tədarük etməyib. Eyni zamanda Pentaqon və Dövlət Departamenti Tayvana silah istehsalı və tədarükü ilə bağlı mövcud problemləri təsdiq etmir.

AzVision.az



Teqlər:





Xəbər lenti