Tanınmış iranlı reperi edam cəzası gözləyir

Musiqiçinin yaxınları bildiriblər ki, məhkəmə Tumacı “Allaha qarşı müharibə” və “yer üzündə korrupsiyada” ittiham edib. Onu edam cəzası gözləyir. Bildirilir ki, reperə maraqlarını qorumaq üçün şəxsi vəkil tutmaq qadağan edilib.
Bundan əvvəl iki məşhur iranlı aktrisa hicablarını açıq şəkildə çıxardıqdan sonra həbs edilmişdi.
Xatırladaq ki, sentyabrın 16-da Məhsa Əmini adlı qadının düzgün taxılmamış hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra İranda mitinqlər başlanıb. Ölkənin güc strukturları etirazçılara qarşı zorakılıq tətbiq edir, kütləvi şəkildə həbs edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: