Almaniya səfiri yenidən İran XİN-ə çağırıldı

   Almaniya səfiri yenidən İran XİN-ə çağırıldı
  28 Noyabr 2022    Oxunub:688
Almaniyanın Tehrandakı səfiri Hans Udo Motsel İran Xarici İşlər Nazirliyinə çağrılıb.
Almaniya hökumətinin İrandakı etirazlarla bağlı yaydığı bəyanatlara görə səfirə İran hökumətinin rəsmi etiraz notası təqdim olunub.

Bununla yanaşı, Almaniya səfirinə İnsan Haqları Şurasının növbədənkənar iclasının son qətnaməsinin qəbulunda Almaniya hökumətinin rolu tənqid edilib.

Səfirə bildirilib ki, İran bu qətnamə əsasında hazırlanan hər hansı bir mexanizmlə əməkdaşlıq etməyəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti