İrəvanda təxribat - Öcalanın fotosunu qaldırıb Türkiyə bayrağını yandırdılar - VİDEO

      İrəvanda təxribat    - Öcalanın fotosunu qaldırıb Türkiyə bayrağını yandırdılar -    VİDEO
  28 Noyabr 2022    Oxunub:1305
Ermənistanda Türkiyə əleyhinə təxribat xarakterli etiraz aksiyası keçirilib.
AzVision.az xəbər verir ki, kürd icmasının nümayəndələri BMT-nin İrəvandakı ofisinin yaxınlığında Ankaranın anti-terror əməliyyatlarına etiraz ediblər.

Təxribat xarakterli aksiyada etirazçılar Türkiyə bayrağını da yandırıblar. Diqqət çəkən məqamlardan biri Ermənistan kürdlərinin terrorçu Abdulla Öcalanla yanaşı, terro təşkilatı olan PKK bayrağını dalğalandırması olub.

Qeyd edək ki, Ermənistanda Türkiyə bayrağının yandırılması adi hala çevrilib.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   PKK   Bayraq  





Xəbər lenti