Professor müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” adlı kitabın əhatə etdiyi mövzu və istiqamətlər barədə danışarkən ermənilərin tarixi faktları saxtalaşdırma siyasətinə dair xeyli nümunələr də göstərib. Toplantı iştirakçılarının nəzərinə o da çatdırıb ki, indiyədək ermənilərin bütün iddiaları əsassızdır və miflər üzərində qurulub.
Daha sonra Hakan Yavuz görüş iştirakçılarının geopolitik məsələlərə, regionun gələcək perspektivlərinə dair suallarını cavablandırıb.
Sonda dünyaca məşhur alimə Türk Ağsaqqalları Birliyinin xüsusi hədiyyəsi, eləcə də təşkilatın həmsədri Hulusi Kılıçın “44 gün Vətən Müharibəsi” və təsisçi Ramin Əhmədovun “Heydər Əliyev və anti-terror siyasəti” adlı kitabları təqdim olunub.
Hakan Yavuz qeyd edib ki, TAİB-in fəaliyyətini yaxından izləyir və bu ictimai platforma ilə əməkdaşlığa da həmişə hazırdır.




AzVision.az