Rumıniya prezidenti: "NATO Şərqi Avropada güclənməlidir"

      Rumıniya prezidenti:    "NATO Şərqi Avropada güclənməlidir"
  28 Noyabr 2022    Oxunub:603
NATO-nun Şərqi Avropada qüvvələrinin mövcudluğunun artırılmasını nəzərdə tutan strategiyasının həyata keçirilməsini sürətləndirmək lazımdır.
AzVision.az xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis bəyan edib. Rumıniya lideri bildirib ki, NATO-nun baş katibi Yens Stoltenberqlə Avro-Atlantik məkanda təhlükəsizlik vəziyyətini qiymətləndirib: "Cənab Baş Katib (NATO) ilə söhbətlərdə mən bu il Madriddə keçirilən tarixi sammitdə qəbul edilmiş qərarların mümkün qədər tez həyata keçirilməsinin vacibliyini vurğuladım".

Görüş zamanı Rumıniya prezidenti həmçinin NATO-nun baş katibinə NATO-nun modernləşdirilməsini koordinasiya etmək səylərinə görə təşəkkür edib və şərq cinahda daha güclü çəkindirmə qüvvələrinin yaradılmasının zəruriliyini qeyd edib.

"Əvvəllər qəbul edilmiş NATO Strateji Konsepsiyasının həyata keçirilməsi alyansın regionda rolunun artmasına gətirib çıxaracaq, bundan təkcə Avro-Atlantik məkanın təhlükəsizliyi deyil, həm də beynəlxalq alyansın sabitliyi asılıdır".

AzVision.az


Teqlər:





Xəbər lenti