Rusiya Suriya məsələsində ABŞ-la dialoqu bərpa etməyə hazırdır

Rusiya Suriya məsələsində ABŞ-la dialoqu bərpa etməyə hazırdır
  28 Noyabr 2022    Oxunub:512
Rusiya prezidentinin Suriya nizamlanması üzrə nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, Vaşinqton buna hazır olduğunu nümayiş etdirərsə, Rusiya Federasiyası ABŞ ilə Suriya üzrə dialoqu bərpa etməyə hazırdır.
Onun sözlərinə görə, Rusiya və ABŞ Vaşinqtonun təşəbbüsü ilə bütün əlaqələri, o cümlədən Suriya dialoqunu dayandırıb.

"Biz bunun yanlış olduğuna inanırıq və dialoqu bərpa etməyə hazırıq, ancaq Birləşmiş Ştatlar tərəfindən istək nümayişi olarsa. Hazırda Suriya üzrə Rusiya və Amerika tərəfləri arasında təmas perspektivləri yoxdur".

AzVision.az


Teqlər:





Xəbər lenti