"Twitter"də söz azadlığının boğulmasına dair sübutlar dərc ediləcək
"Azad sözün boğulması ilə bağlı sənədlər tezliklə "Twitter"in özündə yerləşdiriləcək. İnsanlar əslində nə baş verdiyini bilməyə layiqdirlər", - Mask tvitində yazıb. O, istifadəçilərdən birinin şərhinə "Amerikada onlayn senzuraya qarşı inqilabın" gəldiyini söyləyib.
Biznesmen daha əvvəl bildirmişdi ki, "Apple" onun sosial şəbəkəsinin tətbiqini "AppStore"dan silməklə hədələyib. O qeyd edib ki, “Apple” "Twitter"də reklamını dayandırıb. Mask öz səhifəsində "Apple"in istifadəçilərinə qarşı senzura hallarını açıqlayıb-açmaması ilə bağlı rəyini öyrənmək üçün sorğu təşkil edib.
AzVision.az
Teqlər: