ABŞ və Rusiya hərbçilərinin Kiyevə dair "de-konflikt" xətti

  ABŞ və Rusiya hərbçilərinin Kiyevə dair  "de-konflikt"  xətti
  29 Noyabr 2022    Oxunub:1143
Rusiya və ABŞ hərbçiləri Ukraynada müharibə başlayandan bəri yalnız bir dəfə münaqişənin qarşısını almaq üçün ölkələr arasında yaradılmış xüsusi rabitə xəttini işə salıblar. AzVision.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi qeyd edib ki, ölkəsi Rusiya hərbçilərinin Ukraynanın hansısa kritik infrastrukturu yaxınlığındakı hərəkətlərindən narahatlığını ifadə etmək üçün bu xətdən yararlanıb.

Agentliyin həmsöhbəti aparılan bu müəmmalı danışıqların şərtlərini, detallarını dəqiqləşdirməyib. Sadəcə qeyd edib ki, bu ilk və yeganə rabitə bağlantısının noyabrın 15-də Polşaya düşən raket insidenti ilə əlaqəsi yoxdur.

"Reuters" onu da xatırladıb ki, əvvəlllər ABŞ Rusiya qoşunlarının nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafındakı vəziyyətdən də narahatlığını açıq şəkildə ifadə edib.

Qeyd edək ki, 2022-ci ilin martında yaradılan və “de-konflikt” xətti adlanan bu rabitə əlaqəsi ABŞ-ın Avropa Komandanlığı ilə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzini birləşdirir.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Rusiya   Ukrayna  





Xəbər lenti