Kanada mətbuatı Ermənistan-İran işbirliyindən yazıb

   Kanada mətbuatı Ermənistan-İran işbirliyindən yazıb
  29 Noyabr 2022    Oxunub:450
Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Ermənistanın dövlət terrorizminə dəstəyi” sərlövhəli məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az -a bildiriblər ki, tanınmış israilli politoloq, jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə İranda insan haqlarının pozulması ilə bağlı qətnamə səsverməyə çıxarılarkən Ermənistanın ona dəstək verməklə terror aktları üçün münbit mühitin yaradılmasına kömək etdiyi vurğulanıb.

Eyni zamanda, qeyd olunub ki, bir müddət əvvəl Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini Vladimir Poqosyan İsraili nasist Almaniyası ilə müqayisə edərək, Qarabağ münaqişəsində bu ölkənin Azərbaycana göstərdiyi dəstəyin qisasını alacağını vəd edib.

Məqalədə İranın Qüdsdə törədilmiş son terror aktını ən azı şifahi şəkildə dəstəklədiyi və bu mənada, həmin cinayətin törədilməsində mühüm rol oynaya biləcəyi ehtimal edilsə də, baş verənlərdə Ermənistanın hansı rolu olduğu sual edilib. Diqqətə çatdırılıb ki, indiyədək Ermənistan hökuməti sözügedən terror aktı ilə bağlı səssiz qaldığı halda, Ermənistanın İctimai Radiosu hücumla bağlı məqalə dərc edib və bunun “şübhəli Fələstin hücumu” olduğunu bildirib. Müəllif erməni radiosunun bu şərhini “əl-Cəzirə”nin Fələstindəki terror aktlarını işıqlandırma üslubuna bənzədib. Onun fikrincə, İran öz mülki əhalisini qətliama, işgəncələrə və zorlanmaya məruz qoyduğuna görə BMT-də cavabdehlik daşımırsa və erməni mediası israillilərə qarşı terror hücumlarını “iddia edilən hücumlar” kimi qələmə verirsə, o zaman Ermənistan həqiqətən də terrorun cəzasızlıq mühitinin yaradılmasına kömək etmiş olur.

Müəllif məqalədə “Kiyev-Mohıla Akademiyası” Milli Universitetinin professoru Taras Kuzionun fikrinə istinadən Tehrandakı fundamentalist şiə rejimi ilə xristian Ermənistan arasında güclü hərbi ittifaqın mövcudluğuna diqqət çəkib, bu ittifaqın üç cəhətdən möhkəmləndirildiyini vurğulayıb. Qeyd edib ki, bunlardan birincisi, Ermənistan İrana, lap yaxınlarda isə Rusiyaya beynəlxalq sanksiyalardan yayınmağa kömək etdi. İkincisi, Kreml Ukraynanın mülki obyektlərinə terror hücumlarında istifadə etdiyi pilotsuz təyyarələrin və raketlərin Rusiyaya çatdırılmasında vasitəçi kimi çıxış etdi. Üçüncüsü, Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda İranı diplomatik şəkildə dəstəkləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti