"NATO Kiyevə F-16-lar verilməsi ideyasına yenidən baxır" - ABŞ admiralı

   "NATO Kiyevə F-16-lar verilməsi ideyasına yenidən baxır" -    ABŞ admiralı
  29 Noyabr 2022    Oxunub:649
NATO ölkələrində liderlər tammiqyaslı müharibənin ilk günlərində imtina edilmiş ideyaya - Ukraynanı döyüş təyyarələri ilə təmin etmək fikrinə yenidən baxırlar.
AzVision.az xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı və NATO-nun keçmiş baş komandanı Ceyms Stavridis Bloomberg-ə yazdığı məqalədə qeyd edib. Onun sözlərinə görə söhbət Sovet dövründən qalma MiQ-29-lar və ya Amerika F-16-larından gedir.

Stavridis yazıb ki, əslində qış fəslinin başlaması ilə faktiki olaraq iki ayrı münaqişə xətləri yaranır. Bunun biri yerdə, digəri isə havada aparılacaq.

"Ukrayna üzərindəki hava müharibəsində üstünlük ruslardadır. İlk növbədə, onların Suriyada əhəmiyyətli döyüş təcrübəsinə malik olan daha böyük hərbi hava qüvvələri var. Rusiya Hərbi Hava Qüvvələri mütəmadi olaraq Suriya şəhərlərini sözün həqiqi mənasında toza çevirib", - admiral qeyd edib.

Onun fikrincə indi Qərb hava müharibəsi üçün Ukraynaya daha çox yardımlar etməlidir.

NATO Ukraynaya “F-16” qırıcıları verməyi nəzərdən keçirir
“Ukraynalılara ölkə səmasını qapatmaq üçün əlavə vasitələr vermək, Zelenski və ordusunun yer əməliyyatlarında əldə etdiyi uğurları da nəzərə alsaq, rusları nəhayət ki, danışıqlara başlamaq üçün açar ola bilər. Bu bəlkə də yazdan əvvəl reallaşar”, - Stavridis yazıb.

Maraqlıdır ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüddə olan admiralı Kiyevin daha çox yüksək texnologiyalı hava-yer raket sistemləri (məsələn, məşhur Dəmir Günbəz kimi-red.), NATO Patriot batareyaları və taktiki qırıcılar alacağını proqnozlaşdırıb.

Qeyd edək ki, bu gün NATO baş katibi də alyansın Ukraynaya F-16 qırıcıları verməyi nəzərdən keçirdiyini bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   NATO  





Xəbər lenti