Niderlandın İrəvandakı səfirindən təxribatçı addım - FOTOLAR

   Niderlandın İrəvandakı səfirindən təxribatçı addım -    FOTOLAR
  30 Noyabr 2022    Oxunub:721
Niderlandın Ermənistandakı səfiri Niko Şermers Azərbaycana qarşı təxribatçı addım atıb. AzVision.az xəbər verir ki, Cermuka (İstisu-red.) gələn Şermers erməni rəsmilərin guya Azərbaycan hərbçilərinin bu şəhəri dağıtması haqqında nağıllarını dinləyib.
Cermuk administrasiyasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, səfir kurort şəhərciyindəki vəziyyətlə tanış olub və diplomatı icma rəhbərinin müavini Vardan Sarkisyan müşayiət edib.

Niderland səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Qeyd edək ki, Niderlandın Azərbaycandakı səfiri noyabrın 25-də Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılmışdı. Görüşdə Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstranın 23 noyabr tarixində Niderland Parlamentinə ünvanladığı və guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədilməsi barədə bəzi iddiaların əks olunduğu məktubla bağlı narazılıq diqqətə çatdırılıb.

Xatırladaq ki, İrəvan sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhədində təxribatlara əl atdıqdan sonra bölgədə eskalasiya yaranıb. Ermənistan rəsmiləri hərbi obyektləri vuran Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyiblər. Diplomatın Cermuka gətirilməsi isə guya Azərbaycanın yaşayış məntəqələri və mülki infrastrukturu hədəf almasını göstərmək məqsədi daşıyır.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Niderland   Səfir   Təxribat  





Xəbər lenti