İran Rusiyadan nüvə yardımı istəyib?

   İran Rusiyadan nüvə yardımı istəyib?
  30 Noyabr 2022    Oxunub:605
KİV-in Tehranın nüvə silahının hazırlanmasını sürətləndirmək üçün Rusiyadan kömək istəməsi ilə bağlı yazdıqları Qərbin İran təhdidini körükləməklə çaxnaşma salmaq cəhdləridir.
AzVision.az xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin silahların yayılmaması və silahlara nəzarət departamentinin direktoru Vladimir Yermakov deyib.

Onun sözlərinə görə, Qərb ölkələri son zamanlar pis niyyət nümayiş etdirib və MAQATE-də İran əleyhinə qətnamə qəbul etməklə bilərəkdən təxribata əl atıblar.

"Eyni mənada, İranın guya Rusiyadan bəzi "nüvə yanacağı üçün materiallar" almaq niyyəti ilə bağlı Qərb mediası tərəfindən irəli sürülən xəbərlər var. Dinc məqsədli atom sahəsində Rusiya-İran əməkdaşlığı heç kimə sirr deyil və bu inkişaf etdirilir", - Yermakov vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə CNN ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmisinə istinadən xəbər yaymışdı ki, İran nüvə yanacağının istehsalı üçün materialların əldə edilməsi və Tehranın nüvə silahı proqramının sürətləndirilməsi üçün Rusiyadan kömək istəyir. Məqalədə qeyd olunub ki, Moskvanın Tehranın tələbləri ilə razılaşıb-razılaşmaması qeyri-müəyyən olaraq qalır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Nüvə   İran  





Xəbər lenti