Polşadakı ukraynalı qaçqınlar yaşayış xərclərini özləri ödəyəcəklər

“Polşa radiosu”nun məlumatına görə, Varşava hakimiyyəti Ukraynadan gələn xeyli sayda qaçqın axını ilə əlaqədar ölkəsinin vətəndaşlarının vergi yükünü azaltmaq istəyir.
Qeyd edilir ki, qaydalar kollektiv yerləşdirmə sığınacaqlarında 120 gündən çox qalan ukraynalı qaçqınlara şamil ediləcək. Beləliklə,onlar yaşayış dəyərinin ilk 50%-ni, bir neçə aydan sonra isə 75%-ni ödəməli olacaqlar.
"Amma bu, əlillərə, uşaqlara, hamilə qadınlara, pensiyaçılara və çoxuşaqlı ailələrə şamil edilməyəcək. Biz növbəti mümkün qaçqın dalğasına hazırlaşırıq. Çünki bu gün Ukraynada bir neçə milyon insanın elektrik enerjisi, su, əsas yaşayış şəraiti, kanalizasiya imkanları yoxdur. Ona görə də biz qaçqınların belə güclü dalğasına hazır olmalıyıq. İstəyirik ki, sistemimiz buna uyğun hazırlansın”, - Moravetski deyib.
Polşa Sərhəd Xidmətinin məlumatına görə, Rusiya Ukraynada müharibəyə başlayandan indiyədək ölkəyə 8 milyona yaxın qaçqın daxil olub.
Tural Tağıyev
AzVision.az