O, son vaxtlar dəm qazından zəhərlənmə hallarının tez-tez baş verdiyini də yazıb. Bu da ona görə baş verir ki, insanlar elektrik enerjisinin tez-tez şəkildə kəsilməsindən sonra kütləvi şəkildə generatorlar alırlar. Generatorlardan isə düzgün istifadə olunmur.

"Son günlər evdə generatordan istifadə edilməsi səbəbindən xeyli dəm qazından zəhərlənmə hadisəsi ilə bağlı məlumatlar eşidirəm. Bir kənddə iki ailə bu cihazdan istifadə edərkən təhlükəsizlik qaydalarına bilmədikləri və ya əməl etmədikləri üçün məhv olub. Onlar geenratoru evdə qoşub yuxuya gediblər və oyanmayıblar. Həmçinin bu səbəbdən mən də ən yaxın adamımı itirdim”, - Zayuşkina yazıb.
O, həmçinin xalqa xatırladıb ki, benzin və ya dizellə işləyən bu generatorlar evdə quraşdırıla bilməz. O, həyətdə, evdən ən azı altı metr aralıda yerləşməlidir.
Tural Tağıyev
AzVision.az