Hərbi cani, general Qalstyanın səhhəti pisləşdi

 Hərbi cani,  general Qalstyanın səhhəti pisləşdi
  30 Noyabr 2022    Oxunub:714
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini general-leytenant Stepan Qalstyanın vəkili Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha yüngül qərarla əvəz edilməsi xahişi ilə müraciət edib.
AzVision.az xəbər verir ki, bunu vəkil Andranik Manukyan deyib.

Stepan Qalstyan həbs edilib
O qeyd edib ki, Stepan Qalstyanın səhhətindəki problemlərin araşdırılması ilə bağlı artıq məhkəmə-tibbi ekspertizası təyin edilib. Bu əsasda general-leytenantın xəstəliklərinin həbsdə saxlanma ilə uyğun olub-olmaması müəyyən edilib.

“Hazırda Stepan Qalstyan mülki xəstəxanadadır, sağlıq durumu qeyri-qənaətbəxş qiymətləndirilir”, - vəkil deyib. O həmçinin Qalstyanın diaqnozunun tibbi sirr olduğuna işarə edərək xəstəliyin adını açıqlamayıb.

Xatırladaq ki, ötən ilin sentyabrında keçmiş müdafiə naziri David Tonoyan qalmaqallı şəkildə həbs edildi. Onunla bərabər istintaq təcridxanasına Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan, aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan və ordu məsələləri ilə birbaşa bağlı olan biznesmen David Qalstyan da salındı. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasına dair proseslərdə iştirakda və 4,6 milyon dollar mənimsəməkdə ittiham edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Hərbi-Cani   General   Məhkəmə  





Xəbər lenti