"ABŞ-ın terrora dəstəyi göz qabağındadır" - Çavuşoğlu

"Təkcə İsveç və Finlandiya deyil. Bizə digər NATO ölkələrini də nümunə göstərirlər. Onlar haqlıdırlar. Meydanda mübarizədə biz bacarıqlı dövlətik, bunun öhdəsindən gələcəyik.
Başda ABŞ olmaqla bəzi müttəfiqlərin Suriyadakı terror təşkilatlarına dəstəyi göz qabağındadır. Bu dəstəklərə son qoymalıdırlar.
Lazımi cavabları vermişik. Biz müttəfiqlərimizdən dəstək gözləyirik. Terrorçuları qurban kimi göstərən bəyanatları eşitmək istəmirik",- Çavuşoğlu bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: