İsrail əsgərləri erməni yepiskoplara tüpürdü

İsrail əsgərləri erməni yepiskoplara tüpürdü
  30 Noyabr 2022    Oxunub:714
İsrail ordusunun “Givati” ​​briqadasının əsgərləri bu ayın əvvəlində Qüdsün Köhnə Şəhər hissəsində yürüş zamanı erməni arxiyepiskopu və digər zəvvarlara tüpürməkdə şübhəli bilinirlər.
Bu barədə “Tayms of İsrail” məlumat yayıb.

İddiaya görə, noyabrın 7-də Qüds Erməni Apostol Patriarxlığının arxiyepiskopu Sevan Qaribyan digər yüksək vəzifəli şəxslərlə birlikdə Müqəddəs Xaç bayramını qeyd etmək üçün xaricdən gələn zəvvarların da daxil olduğu yürüşə başçılıq edib.

Yürüş Müqəddəs Qəbir məbədindən başlayıb, bazar meydanından keçəndə yaxınlıqdakı “Givati” əsgərlərindən bir neçəsi erməni yepiskoplara tüpürüblər.

İsrail polisi iki əsgəri saxlayıb, onlardan biri dindirildikdən sonra sərbəst buraxılıb. Məlumatda bildirilir ki, əsgərlərdən biri ermənilərə deyil, yerə tüpürdüyünü deyib.

Kilsə nümayəndələri polisə şikayət edib və hadisənin ertəsi günü onlar ifadə verməyə çağırılıb.

Polisin araşdırması hələ də davam edir.

İsrail ordusu isə hadisəni “qeyri-etik” adlandırıb və əsgərlərin intizam məhkəməsinə çıxarılacağını bildirib.
AzVision.az



Teqlər:





Xəbər lenti