İnstitutun analitikləri Baxmut uğrunda davam edən belə uzun və şiddətli döyüşlərin əhəmiyyətini xüsusi olaraq vurğulayıblar. Təhlilçilərin fikrincə, ruslar hələ də keçmiş səhvlərindən nəticə çıxarmırlar.
![]() |
"Rusların "Baxmut uğurlar"ı real deyil" - Müharibə Araşdırmaları İnstitutu |
Əməliyyatların bu modeli müharibənin əvvəlində rusların Severodonetsk və Lisiçanski ələ keçirmək cəhdlərini çox xatırladır.
ISW hesabatında həmçinin onu da qeyd edib ki, Baxmuta hücum cəhdləri yalnız Rusiya ordusunun canlı qüvvə və texnikasının tükənməsinə gətirib çıxarıb. Bu səbəbdən də, rus qoşunları tez-tez kiçik şəhərlərdə tələyə düşürlər.

Tural Tağıyev
AzVision.az